Bank Of Baku

Türkiyə milli komandasının keçmiş qapıçısı FETÖ ittihamı ilə saxlanılıb

Türkiyə milli komandasının keçmiş qapıçısı FETÖ ittihamı ilə saxlanılıb
# 22 avqust 2017 11:17 (UTC +04:00)

Türkiyənin futbol üzrə milli yığmasının keçmiş qapıçısı Ömer Çatkıç FETÖ işi ilə bağlı aparılan istintaqla əlaqədar saxlanılıb.

 

APA-nın “Sabah” qəzetinə istinadən verdiyi məlumata görə, İstanbul Cümhuriyyət Baş Prokurorluğunun təlimatı ilə bu gün polis tərəfindən saxlanılan 43 yaşlı qapıçının evində axtarış aparılıb. Onun şahidlərdən birinin etirafı ilə təşkilatın gizli xəbərləşmə sistemi olan “Bylock”dan istifadə etdiyi məlum olub.

 

Ömər Çatkıç sonuncu dəfə 2008-2012-ci ildə "Antalyaspor"un formasını geyinib. Hazırda o, televiziya kanallarından birində şərhçidir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR