Türkiyənin Gürcüstana təyin olunmuş yeni səfiri Fatma Ceren Yazqan səlahiyyətlərinin icrasına başlayıb.
APA-nın yerli bürosunun məlumatına əsasən, xanım səfir etimadnaməsinin surətini Gürcüstan baş nazirinin müavini, xarici işlər naziri Mixeil Canelidzeye təqdim edib.
M.Canelidze Türkiyənin yeni səfirinə fəaliyyətində uğurlar arzulayıb. Görüşdə Gürcüstan-Türkiyə münasibətləri müzakirə olunub.
Qeyd edək ki, F.C. Yazqan 2014-cü ildən Türkiyənin Gürcüstandakı səfiri vəzifəsində çalışmış Zəki Ləvənt Gümrükçünü əvəz edəcək. Bu vaxta qədər xanım diplomat Türkiyə Xarici İşlər Nazirliyinin Analitika və Təhlükəsizlik Departamentinin baş direktorunun müavini vəzifəsində çalışıb.