Bank Of Baku

Türkiyənin İnönü Üniversitetinin 25 əməkdaşı həbs edilib

Türkiyənin İnönü Üniversitetinin 25 əməkdaşı həbs edilib
# 08 sentyabr 2016 04:29 (UTC +04:00)

Bakı-APA. Türkiyədə qarşısı alınmış hərbi çevrilişlə əlaqədar saxlanılan İnönü Üniversitetinin 27 əməkdaşından 25-i həbs olunub.

 

APA-nın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, ilkin araşdırmadan sonra 2 nəfər sərbəst buraxılıb, qalanları barəsində isə həbs qətimkan tədbiri seçilib.

 

Qeyd olunur ki, saxlanılanlar Universitetin müəllim və elmi işçiləridir.

 

Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib. Hadisə nəticəsində 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR