Bank Of Baku

Türkiyənin keçmiş Milli Təhlükəsizlik Təşkilatı Müstəşarı yenidən eyni vəzifəyə  təyin edilib

Türkiyənin keçmiş Milli Təhlükəsizlik Təşkilatı Müstəşarı yenidən eyni vəzifəyə  təyin edilib
# 09 mart 2015 20:18 (UTC +04:00)

Bakı-APA. Türkiyənin baş naziri Əhməd Davudoğlu Hakan Fidanı yenidən Milli Təhlükəsizlik Təşkilatının Müstəşarı təyin edib.

 

APA-nın Anadolu Agentliyinə istinadən verdiyi xəbərə görə, bunu baş nazirin müavini və hökumətin sözçüsü Bülent Arınç deyib.

 

B. Arınç bildirib ki, baş nazir Hakan Fidanı təkrarən Milli İstihbarat Təşkilatında (Milli Təhlükəsizlik Təşkilatı) vəzifəyə təyin edib, o, yaxın vaxtlarda vəzifəsinin icrasına başlayacaq.

 

Qeyd edək ki, H. Fidan millət vəkili seçkilərində iştirak etmək üçün AKP-dən namizəd olmaq üçün müraciət edib. Bu gün isə o, namizədl olmaqdan imtina etməsi barədə açıqlama yayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR