Bakı – APA. Türkiyənin Qaziantep şəhərindəki sənaye müəssisələrinin birində partlayış baş verib. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, partlayışda 6 nəfər ölüb, 15 nəfər yaralanıb. Hadisə yerinə çoxlu sayda yanğınsöndürən maşın və ambulans göndərilib. Partlayışın səbəbi hələlik bəlli deyil.