Bank Of Baku

Valilik Qaziantepdə partlayış səsləri ilə bağlı açıqlama yayıb - YENİLƏNİB

Valilik Qaziantepdə partlayış səsləri ilə bağlı açıqlama yayıb - <span style="color: red;">YENİLƏNİB
# 26 noyabr 2016 00:13 (UTC +04:00)

Qaziantep Valiliyi şəhərdə güclü partlayış səsinin eşidilməsi ilə əlaqədar açıqlama yayıb.

 

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə,  ilkin ehtimala əsasən partlayışa oxşar səslər “Fərat Qalxanı” əməliyyatı çərçivəsində vəzifələrini yerinə yetirən hərbi təyyarələrin yüksək sürətlə uçması səbəbindən eşidilib.

 

Hərbi təyyarələr səsdən iti sürətlə uçuş həyata keçirərkən yaranan sonik partlama bomba partlaması effekti ilə müqayisə oluna bilər. Valilik hər hansı maddi itki və zərərçəkənlərin olmadığını bildirib. Hazırda polis və xilasedicilər partlayış səsinin haradan qaynaqlandığı ilə bağlı araşdırma aparır. İnsidentlə əlaqədar əlavə məlumatın veriləcəyi bildirilir.

 

***

 

01:43

 

Türkiyənin Qaziantep şəhərində partlayış baş verib.

 

APA-nın “Milliyet”-ə istinadən verdiyi xəbərə görə, hadisə yerinə polis və xilasedicilər cəlb olunub.

 

İnsidentin səbəbləri, dağıntı və zərərçəkənlər barədə məlumat verilmir.

 

Gaziantep Böyükşəhər Bələdiyyəsinin rəhbəri Fatma Şahin özünün “Tvitter” səhifəsində  insidentlə əlaqədar rəsmi açıqlamanın veriləcəyini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR