Uelsdə sürücü avtomobili piyadaların üzərinə sürüb.
APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, insident Nyuport şəhərində qeydə alınıb.
Məlumata əsasən, naməlum sürücü üç dəfə idarə etdiyi maşını kütləyə çırpıb. İnsident nəticəsində 4 nəfər xəsarət alıb. Hadisə yerindən uzaqlaşan sürücünün avtomobili bir qədər sonra yanmış vəziyyətdə aşkarlanıb.
İnsidentə bağlı 20 yaşlı oğlan saxlanılıb. Onun adı hələ ki, açıqlanmır.