Bank Of Baku

USAİD-in dəstəklədiyi mərkəz Axaltsixedə qondarma «erməni soyqırımı»na həsr olunmuş sərgi keçirəcək

USAİD-in dəstəklədiyi mərkəz Axaltsixedə qondarma «erməni soyqırımı»na həsr olunmuş sərgi keçirəcək
# 22 aprel 2013 10:37 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Ermənilər Gürcüstanın Axaltsixe rayonunda qondarma «erməni soyqırımı» ilə bağlı sərgi təşkil edəcək.

 

APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, aprelin 23-də Axaltsixedə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstəyi ilə fəaliyyət göstərən Demokratik İnklüziv Mərkəzində açılacaq sərginin təşkilatçısı Zoriya Zoryan adına Gənclər Fondudur.

 

Sərginin təşkilatçıları yerli əhaliyə və gürcü cəmiyyətinə XX əsrin başlanğıcında Osmanlı Türkiyəsində baş vermiş hadisələri «erməni soyqırımı» kimi tanıtdırmağa çalışacaqlar.

 

Tədbirdə yerli hakimiyyətin və ictimai təşkilatların nümayəndələrinin, həmçinin Ermənistanın Gürcüstandakı səfiri Ovannes Manukyanın iştirakı gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR