Bank Of Baku

Varşavada millətçilərin yürüşündə Ukrayna bayrağı yandırılıb

Varşavada millətçilərin yürüşündə Ukrayna bayrağı yandırılıb
# 11 noyabr 2016 23:27 (UTC +04:00)

Varşavada Polşanın Müstəqillik günü münasibətilə keçirilən yürüşdə yerli millətçilər Ukraynanın bayrağını yandırıb.

 

APA-nın “Qazeta polska” saytına istinadən verdiyi xəbərə görə, ənənəvi keçirilən İstiqlal yürüşündə ümumilikdə 75 min nəfər iştirak edib.

 

2016-cı ilin iyununda Polşa parlamentinin aşağı palatası 1943-1944-cü illərdə Volın vilayətində  “Ukrayna Millətçiləri Təşkilatı” və “Ukrayna Üsyançı Ordusu” təşkilatlarının polşalılara qarşı törətdikləri cinayətləri soyqırımı adlandırıb.

 

Ukrayna Ali Radası, öz növbəsində, Polşa Seyminin qərarını pisləyib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR