Bank Of Baku

Vasif Talıbov Acarıstan Muxtar Respublikasına səfər edib

Vasif Talıbov Acarıstan Muxtar Respublikasına səfər edib
# 05 may 2017 18:41 (UTC +04:00)

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov mayın 5-dən 6-dək Gürcüstanın Acarıstan Muxtar Respublikasında səfərdədir.

 

 APA-nın Gürcüstan bürosunun məlumatına görə, Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov Acarıstan hökumətinin sədri  Zurab Pataradze ilə görüşüb. Tədbirə Naxçıvan  və Acarıstan nümayəndə heyətləri də qatılıb.

 

Görüşdə V. Talıbov  Naxçıvan Muxtar Respublikası Hökumətinin  ticarət- iqtisadi və mədəni-humanitar əməkdaşlığının istiqamətləri haqqında ətraflı məlumat verib. Bölgə rəhbəri aktivləşdirilmiş nəqliyyat kommunikasiyalarının, tranzit yük dövriyyəsinin  artdığını və  müxtəlif sahələrdə gələcək əməkdaşlıq üçün böyük potensialın olduğunu bildirib. Tərəflər  Naxçıvanla  birbaşa çarter reysləri,  regionda aparıcı tur operatorları və turist axınının artımı məsələlərini müzakirə ediblər.  Azərbaycan tərəfi kənd təsərrüfatı sahəsində əməkdaşlığa hazır olduğunu bildirib. 

 

Görüşdə çıxış edən Acarıstan Muxtar Respublikası Ali Məclisinin sədri  Zurab Pataradze Azərbaycanın Gürcüstan ilə dost və strateji tərəfdaş olduğunu bildirib. “Biz həmişə münasibətlərimizin və müxtəlif sahələrdə əlaqələrimizin dərinləşdirilməsinə hazırıq. Biz muxtar respublikalarımızda fəaliyyət göstərən universitetlər arası proqramlar mübadiləsinə, uşaqların müalicəsinə aid proqramlarda, müxtəlif müalicə və reabilitasiya mərkəzləri arasında əməkdaşlığa hazırıq. Biz eyni zamanda Naxçıvanla çarter uçuşlarına və qatarların gediş-gəlişinə də hazırıq”, deyə Z. Pataradze vurğulayıb.

 

Görüşdə  Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasov, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Batumidəki baş konsul Rəşad İsmayılov, Gürcüstan tərəfdən Acarıstan Ali Sovetinin sədri David Qobaidze, Acarıstan Muxtar Respublikasının kənd təsərrüfatı naziri Lasa Komaxidze, Acarıstanın Turizm Departamentinin sədri  Sulxan Qlonti və digər rəsmi şəxslər iştirak ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR