Bakı-APA. «Serbiya hakimiyyəti Brüsseldə Kosovo albanları ilə münasibətlərin normallaşdırılmasına dair rüsvayçı müqavilə imzalayaraq ölkənin dövlət və milli maraqlarını satıblar». APA-nın məlumatına görə, Serbiyanın keçmiş baş naziri və müxalifətçi Demokrat partiyasının lideri Voislav Koştunisa bu fikirdədir.
Serbiya və Kosovonun baş nazirləri İvitsa Daçiç və Haşim Taçi cümə günü əsasən Kosovo serblərinin qanunverici və icraedici hüquqlarını müəyyən edən 15 maddəlik sazişi imzalayıblar.
«Hazırkı hakimiyyət Kosovo və Metoxiyada Serbiya dövlətinin ləğvi ilə razılaşıb, serb xalqını alban separatçılarına təslim edib və Kosovo ərazisini Avropa Birliyinə daxil olmaq barədə danışıqların başlanğıcı kimi mənasız bir şeyə satıblar», deyə Koştunisa bəyan edib.