Bank Of Baku

Xarici işlər naziri: “Gürcüstanın xarici siyasət prioritetləri dəyişməyib”

Xarici işlər naziri: “Gürcüstanın xarici siyasət prioritetləri dəyişməyib”
# 19 fevral 2013 15:07 (UTC +04:00)

 

Bakı. Anaxanım Hidayətova – APA. “Baş nazir Bidzina İvanişvili heç vaxt deməyib ki, Gürcüstan və Ermənistanın eyni xarici siyasət cəhdləri mövcuddur”. APA-nın xəbərinə görə, bunu Gürcüstanın xarici işlər naziri Mayya Pancikidze deyib.

 

Nazir deputat Nuqzar Tsiklaurinin “Ermənistanın xarici siyasət məsələlərində Gürcüstana nümunə olması barədə baş nazirin fikirlərini bölüşürsünüzmü?” sualını belə cavablandırıb: “Bidzina İvanişvili Ermənistana səfəri zamanı bildirdi ki, Ermənistanın NATO və Rusiya ilə münasibətləri Gürcüstan üçün nümunə ola bilər, bizim ölkəmiz bu məsələdə Ermənistana həsəd apara bilər. Bilirsiniz ki, Ermənistan həm MDB-nin, həm də KTMT-nin üzvüdür, eyni zamanda ABŞ və NATO ilə yaxşı münasibətləri var. Mən də o fikirdəyəm ki, hamının hamı ilə xoş münasibətləri olmalıdır. Gürcüstanın xarici siyasət prioritetləri ilə dəyişməyib”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR