Bank Of Baku

Yunanıstan tezliklə Türkiyə sərhədindən çəkiləcək qaz borusu haqqında saziş imzalamaq niyyətindədir

Yunanıstan tezliklə Türkiyə sərhədindən çəkiləcək qaz borusu haqqında saziş imzalamaq niyyətindədir
# 21 aprel 2015 22:45 (UTC +04:00)

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə,  bu barədə Yunanıstanın energetika naziri Panayotis Lafazanis ölkənin baş naziri Aleksis Tsiprasın “Qazprom”un rəhbəri Aleksey Miller ilə görüşündən sonra bildirib.

 

“Biz Rusiya tərəfi ilə diskussiyanı davam etdiririk və tezliklə Yunanıstan üçün, bölgədə və, bütövlükdə, Avropada əməkdaşlıq üçün sərfəli  qaz borusu haqqında sazişin əldə olunacağına ümid edirik”, deyə nazir qeyd edib.  

 

“Bizim hökumət Yunanıstan-Rusiya əlaqələrinin aktiv inkişaf  etməsini istəyir.  Rusiya ilə  xüsusilə də enerji sahəsində əməkdaşlıq  bizim üçün mühüm strateji əhəmiyyət kəsb edir. Qaz borusu mövzusu bizim ölkəni çox narahat edir və bizim prioritetlər sırasındadır”,  deyə nazir vurğulayıb.

 

Qeyd edək ki, Rusiyanın “Qazprom” və Türkiyənin “BOTAS” şirkətləri 2014-cü ilin dekabrın 1-də Qara dənizin dibi ilə çəkiləcək və illik tədarük gücünün  63 mlrd kubmetr olacaq qaz borusu haqqında qarşılıqlı anlaşma memorandumu imzalayıblar.  

 

Qaz borusunun tikintisini Rusiyanın “Qazprom Russkaya” şirkəti həyata keçirəcək. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR