Bank Of Baku

Yunanıstanda hərbi helikopter qəzaya uğrayıb

Yunanıstanda hərbi helikopter qəzaya uğrayıb
# 19 aprel 2017 12:51 (UTC +04:00)

Yunanıstanda hərbi helikopter qəzaya uğrayıb.

 

APA-nın “lenta.ru”ya istinadən verdiyi məlumata görə, bu barədə yerli ANA agentliyi xəbər yayıb.

 

Bildirilir ki, qəza ölkənin şimalında, mürəkkəb relyefi olan dağlıq ərazidə baş verib. Hadisə nəticəsində 4 nəfər ölüb. Helikopterdə heyət və müşahidəçilərdən ibarət 5 zabit və çavuş olub. Bir qadın hərbçi sağ qalıb. O ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

 

Hazırda xilasedicilər hadisə yerində helikopterin “qara qutu”sunu axtarırlar. Hadisənin baş verməsinin səbəbi hələlik məlum deyil.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR