Bank Of Baku

Yunanıstanda hərbi təyyarə qəzaya uğrayıb

Yunanıstanda hərbi təyyarə qəzaya uğrayıb
# 02 noyabr 2016 18:53 (UTC +04:00)

Yunanıstanın Krit adasında ölkənin Hərbi-Hava Qüvvələrinə məxsus  F-16 tipli hərbi təyyarə qəzaya uğrayıb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, eniş zamanı baş verən qəza nəticəsində təyyarənin pilotu yanıq xəsarətləri alıb. O xəstəxanaya çatdırılıb, həyatına təhlükə olmadığı bildirilir.

 

İlkin məlumata görə, qəzaya səbəb yanacaq sızması olub. İnsidentin səbəbləri müəyyənləşdirilir.

 

Qeyd edək ki, Krit adasında həmçinin  ABŞ-a məxsus hərbi-dəniz bazası yerləşir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR