Bank Of Baku

Yunanıstanda mühacirlərdən ibarət terrorçu qruplaşma son partlayışlara görə məsuliyyəti öz üzərinə götürüb

Yunanıstanda mühacirlərdən ibarət terrorçu qruplaşma son partlayışlara görə məsuliyyəti öz üzərinə götürüb
# 27 noyabr 2012 02:50 (UTC +04:00)

Bakı-APA. İndiyədək naməlum olan «Mübarizə aparan azlıq» qruplaşması dünən Yunanıstanın paytaxtı Afinada baş vermiş partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.

 

Əldəqayırma partlayıcı qurğu dünən energetika nazirliyinin keçmiş yüksək vəzifəli məmurunun evinin yaxınlığında partlayıb. Bana zədələnsə də heç kəs xəsarət almayıb.

 

Yaydığı bəyanatda qruplaşma məmurun nazirlikdə saxlanılmış qeyri-qanuni mühacirlər üçün düşərgələrin tikintisinə cavabdeh olduğunu bildirib.

 

Həmçinin «Mübarizə aparan azlıq» «mühacirlərə hücuma görə məsuliyyət daşıyan» başqa bir məmurun avtomobilinin yandırılmasına görə də məsuliyyəti öz üzərinə götürüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR