Bank Of Baku

Yunanıstanda qatarın qəzaya uğraması nəticəsində 4 nəfər ölüb, 5 nəfər xəsarət alıb

Yunanıstanda qatarın qəzaya uğraması nəticəsində 4 nəfər ölüb, 5 nəfər xəsarət alıb
# 14 may 2017 02:58 (UTC +04:00)

Yunanıstanda Avina-Saloniki sərnişin qatarının relsdən çıxaraq qəzaya uğraması nəticəsində 4 nəfər ölüb, 5 nəfər xəsarət alıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə,  bu barədə TRAINOSE dəmir yolu şirkətinin açıqlamasında bildirilir.

 

“21.45-də (Bakı vaxtı ilə 22.45-də) Afina-Saloniki reysi ilə 70 sərnişin daşıyan “Intercity 58” qatarı Adendros stansiyası yaxınlığında indiyədək məlum olmayan səbəblərdən relsdən çıxıb. Qəza nəticəsində 4 sərnişin ölüb, maşinist daxil olmaqla 5 nəfər xəsarət alıb”, - deyə məlumatda bildirilir.  

 

Qəza ilə əlaqədar qatarların hərəkətində dəyişiklik baş verməyib.

 

 

Hadisə yerinə xilasedicilər və həkimlər cəlb edilib.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR