Yunanıstanda 4,3 bal gücündə zəlzələ baş verib.
APA-nın xəbərinə görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.
Yerli vaxtla saat 22:24-də qeydə alınan yeraltı təkanların episentri Arqostolion şəhərindən 19 km şimal-qərbdə, ocağı 2 km dərinlikdə yerləşib.
Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.