Bank Of Baku

Yunanıstanın keçmiş maliyyə nazirinə qarşı cinayət işi açılır

Yunanıstanın keçmiş maliyyə nazirinə qarşı cinayət işi açılır
# 18 yanvar 2013 05:52 (UTC +04:00)

Bakı-APA. Uzun mübahisələrdən sonra Yunanıstan parlamenti  keçmiş maliyyə naziri Yorqos Papakonstantinuya qarşı cinayət  işinin açılmasına razılıq verib.

 

APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, keçmiş nazir qohumlarını vergi ödənişlərindən yayındırmaq cəhdində günahlandırılır.

 

Bir qədər əvvəl prokurorluq İsveçrə banklarında hesabları olan Yunanıstan vətəndaşlarının siyahısından keçmiş maliyyə nazirin 4 qohumun adları silinməsi faktını təsdiq edib.

 

Qeyd edək ki, adı çəkilən siyahı Yunanıstanın maliyyə nazirliyinə Yorqos Papakonstantinu bu qurumun rəhbəri olduğu müddətdə Fransa hökuməti tərəfindən təqdim olunmuşdu.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR