Bakı-APA. Bu gecə Xorvatiya paytaxtı Zaqrebdə bir neçə partlayış baş verib. APA-nın xəbərinə görə, bu barədə yerli "Veçerni list" qəzeti yazıb.
Polisdən verilən məlumata görə partlayışlar şəhərin qərb hissəsində baş verib və hadisə nəticəsində bir nəfər yaralanıb.
İki gün əvvəl Zaqrebin qərb hissəsində dəmir yolu xətti partladılmışdı. Hadisə nəticəsində ölən və yaralanan olmamışdı. Polis hələ ki, hadisəni törədənləri tapmayıb.