XİN başçısı: Ukraynadakı müharibə Rumıniyaya təsir edib və vətəndaşlarımız üçün risk yaradır

XİN başçısı: Ukraynadakı müharibə Rumıniyaya təsir edib və vətəndaşlarımız üçün risk yaradır
# 28 sentyabr 2023 02:55 (UTC +04:00)

Rusiyanın Ukraynaya qarşı müharibəsi birbaşa Rumıniyaya təsir edir.

APA-nın “Amerikanın Səsi”nə istinadən verdiyi məlumata görə, bunu Rumıniyanın xarici işlər naziri Luminita Odobesku deyib.

"Bu, çox ciddidir və vətəndaşlarımız üçün risk yaradır", - Odobesku bildirib.

Nazir Rumıniya ərazisində dağıntılar barədə suala cavabında Rusiyanın pilotsuz uçuş aparatları ilə hücumunu da pisləyib.

“Bu, bizim hava məkanımızın pozulmasıdır. Rumıniya hökuməti Rusiyanın Ukraynanın mülki infrastrukturuna, Rumıniya sərhədindən yüzlərlə metr məsafədə günahsız insanlara qarşı bütün hücumlarını qətiyyətlə pisləyir”, - Odobesku bildirib.

O, əlavə edib ki, regionda vəziyyət pisləşir və Rusiyanın son zamanlar etdiyi hərəkətlərin sonu görünmür. Odobesku xüsusilə Rusiyanın Qara dənizdə kommersiya gəmiçiliyinə və ümumilikdə regionun təhlükəsizliyinə təhdidlərini qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR