XİN: Ukrayna NATO üzvlüyü müqabilində öz ərazilərini güzəştə getməyəcək

XİN: Ukrayna NATO üzvlüyü müqabilində öz ərazilərini güzəştə getməyəcək
# 01 oktyabr 2023 22:49 (UTC +04:00)

Ukrayna Xarici İşlər Nazirliyi NATO-ya üzvlük müqabilində ərazi güzəştlərini istisna edib.

APA-nın Ukraynanın “Rada” telekanalına istinadən verdiyi məlumata görə, bunu xarici işlər nazirinin müavini Yevgeni Perebeynis deyib.

Nazir müavininin sözlərinə görə, Kiyev Qərb tərəfdaşlarından və NATO-dan Şimali Atlantika Alyansına qoşulmaq müqabilində öz ərazilərini verməklə bağlı heç bir təklif almayıb.

“Ukrayna öz ərazilərini heç bir şey müqabilində alqı-satqı predmeti etməyəcək”, - diplomat vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR