Xmelnitskidə Ukrayna ordusuna aid Su-24 təyyarəsinin qəzaya uğraması nəticəsində hər iki ekipaj üzvü həlak olub.
APA xəbər verir ki, bu barədə ölkənin Hərbi Hava Qüvvələri məlumat yayıb.
***
21:03
Xmelnitski vilayətində Ukrayna Silahlı Qüvvələrinə aid hərbi təyyarənin qəzaya uğradığı bildirilir.
APA xəbər verir ki, yerli mediada qəzaya uğrayan təyyarənin MiQ-29 təyyarəsi olduğu bildirilir.
Qəza Xmelnitski vilayətinin Şepetivka rayonunda olub.