Bank Of Baku

Yaponiya Özünümüdafiə Qüvvələrinin personalı və təyyarələri Türkiyəyə göndəriləcək

Yaponiya Özünümüdafiə Qüvvələrinin personalı və təyyarələri Türkiyəyə göndəriləcək
# 11 fevral 2023 10:21 (UTC +04:00)

Yaponiya Özünümüdafiə Qüvvələrinin personalı və təyyarələri Türkiyəyə göndəriləcək.

APA Türkiyənin Anadolu Agentliyinə istinadən xəbər verir ki, Yaponiya "Əsrin fəlakəti" olaraq xarakterizə edilən Kahramanmaraş mərkəzli zəlzələlərdən zərər çəkənlərə yardımda iştirak edəcək:

“Özünümüdafiə Qüvvələri şəxsi heyətini və təyyarəsini Türkiyəyə göndərəcək. Özünümüdafiə Qüvvələrinin əməkdaşları fevralın 6-da baş vermiş zəlzələlərdən sonra sahədə fəal olan təşkilatlarla koordinasiya aparacaq və təyyarə ilə bölgələrə tibbi ləvazimatlar daşınmasında iştirak edəcəklər”.

Qeyd edilib ki, Yaponiyanın xarici işlər naziri Hayaşi Yoşimasa da keçirdiyi mətbuat konfransında zəlzələ bölgəsində işləmək üçün Türkiyəyə tibbi heyətin göndərilməsinə qərar verildiyini açıqlayıb.

Aləmdə Nəsib

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR