Ukrayna hakimiyyəti ABŞ prezidentliyinə namizədləri ölkəyə səfərə dəvət edib.
APA-nın UNİAN-a istinadən verdiyi məlumata görə, bunu jurnalistlərlə görüşündə Prezident Aparatının rəhbəri Andrey Yermak deyib.
Onun sözlərinə görə, ABŞ-da prezident seçkilərində iştirak edəcək Nyu-Cersi ştatının keçmiş qubernatoru Kris Kristi və ABŞ-ın keçmiş vitse-prezidenti Mayk Pens artıq Ukraynaya gəliblər.