Paşha Bank
Bank Of Baku

Yunanıstanda balıqçılar yanacağın bahalaşmasına etiraz edirlər

Yunanıstanda balıqçılar yanacağın bahalaşmasına etiraz edirlər
# 06 oktyabr 2026 02:06 (UTC +04:00)

Yunanıstanda balıqçılar yanacağın qiymətinin artması və sahənin üzləşdiyi digər problemlərə görə Pirey və Saloniki limanlarında etiraz aksiyaları keçirirlər.

“ERT-news” telekanalının məlumatına görə, balıqçılar Pirey limanının E1 girişini bağlayaraq yanacağın qiymətinin aşağı salınmasını və köhnə gəmilərin ədalətli kompensasiya müqabilində utilizasiyası proqramının dərhal başladılmasını tələb ediblər.

Etirazçıların sözlərinə görə, son illərdə gəmilər üçün yanacağın qiyməti iki dəfədən çox artıb. Balıqçılar delfinlərin sayının əhəmiyyətli dərəcədə artmasının onların avadanlıqlarına ziyan vurduğunu da bildirirlər.

Balıqçılar oktyabrın 1-dən müddətsiz tətil keçirdiklərini açıqlayıb və hökumətdən təcili tədbirlər tələb ediblər. Onlar Yunanıstanın dənizçilik və ada siyasəti naziri Vasilis Kikiliasla görüş istəyiblər.

Ölkənin şimalında isə balıqçı gəmiləri artıq beşinci gündür Saloniki sahillərində lövbər salıb. Bunun mağazaların təzə balıqla təminatında problemlər yaratdığı və yaxın günlərdə vəziyyətin daha da çətinləşə biləcəyi bildirilir.

Balıqçılar oktyabrın 4-ü axşam saatlarından Salonikinin Nea-Mixaniona rayonundakı balıq bazarının fəaliyyətini də bloklayıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR