Yunanıstan polisi qəsdən və ya ehtiyatsızlıqdan meşə yanğınları törətməkdə şübhəli bilinən 118 nəfəri saxlayıb, onlardan 18 nəfəri həbs edilib.
APA xəbər verir ki, bu barədə Yunanıstanın “Skai TV” telekanalı məlumat yayıb.
Məlumata görə, həbslər avqustun 4-dən 11-dək aparılıb. Saxlanılan şəxslərin yaşları 15-78 arasında dəyişir.