Bank Of Baku

Yunanıstanda parlament seçkilərində hakim partiya 40,87 faiz səs toplayıb

Yunanıstanda parlament seçkilərində hakim partiya 40,87 faiz səs toplayıb
# 22 may 2023 01:52 (UTC +04:00)

Yunanıstanın baş nazir Kiriakos Mitsotakisin rəhbərlik etdiyi sağ mərkəzçi "Yeni Demokratiya" partiyası bülletenlərin 60 faizinin hesablanmasından sonra səslərin 40,8 səs qazanıb.

APA xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi xəbər verib.

Məlumata əsasən, sabiq baş nazir Aleksis Tsiprasın əsas müxalifət partiyası "Radikal Sol Koalisiyası - Proqressiv Alyans" 20,09 faiz, solçu "PASOK - Dəyişiklik Hərəkatı" partiyası isə 11,98 faiz, Yunanıstan Kommunist Partiyası- 7,03 faiz, sağ "Helleniki lisi" ("Yunan həlli") partiyası 4,49 faiz səs toplayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR