Rusiya Silahlı Qüvvələri tərəfindən atılan 2 ədəd qanadlı raket Ukraynanın Moldova ilə sərhədini keçib.
APA xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrini komandanı Valeriy Zalujnı “Telegram”da bildirib.
Onun sözlərinə görə, yerli vaxtla təxminən saat 10:30-da bu raketlər Rumıniyanın hava məkanını da keçib, sonra onlar yenidən üç ölkənin sərhədinin kəsişdiyi yerdən Ukrayna ərazisinə daxil olub.
Zalujnı qeyd edib ki, raketlər Qara dənizdən buraxılıb.
***
13:26
Rusiyanın bu gün səhər saatlarında Ukraynaya atdığı raketlərdən biri Moldovanın hava məkanını pozub.
APA UNIAN-a istinadən xəbər verir ki, bu barədə Nikolayev regional hərbi administrasiyasının rəhbəri Vitali Kim "Telegram"da bildirib.
"Bir raket Moldovanın hava məkanındadır", - Kim paylaşımında bildirib.
Ukrayna mediasının məlumatına görə isə atılan raket həm də Rumıniyanın hava məkanını pozub.