Bank Of Baku

Zelenksi: “Ukraynanın Mariupolda Rusiyanı məğlub etməyə yetəcək silahı yoxdur”

Volodimir Zelenski

© APA | Volodimir Zelenski

# 20 aprel 2022 22:44 (UTC +04:00)

Ukrayna qüvvələrinin Mariupolda Rusiyanı məğlub etmək üçün kifayət qədər ciddi və ağır silahları yoxdur.

APA-nın CNN-ə istinadən xəbərinə görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Bildirib ki, şəhərin işğalının qarşısının alınmasının iki yolu var: “Birincisi, ciddi və ağır silahlardır. Hazırda Mariupolu azad etmək üçün bu silahlardan bizdə kifayət qədər yoxdur. İkincisi isə dipomatik yoldur. Rusiya bu vaxtadək buna razılaşmayıb. Biz Mariupolu nə vaxt mühasirədən çıxara biləcəyimizi bilmirik və mən bunu açıq şəkildə deyirəm ki, Mariupoldakı bütün oğlanlar bizim qələbəmizi istəyirlər, onlar azad şəhər istəyirlər, onların heç biri düşmənə təslim olmaq istəmir”, - deyə Zelenksi vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR