Bank Of Baku

Zelenski ABŞ rəsmiləri ilə müharibənin dayandırılması təkliflərini müzakirə edib

Ukrayna Prezidenti Volodimir Zelenski

© APA | Ukrayna Prezidenti Volodimir Zelenski

# 21 noyabr 2025 23:19 (UTC +04:00)

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ın vitse-prezidenti Ceyms Di Vens və ABŞ ordusu naziri Kristin Driskoll ilə təxminən bir saat davam edən telefon danışığı həyata keçirib.

APA xəbər verir ki, tərəflər Vaşinqtonun müharibənin dayandırılması ilə bağlı irəli sürdüyü təkliflərin detallarını, eləcə də davamlı sülhə nail olmaq üçün ABŞ-ın milli təhlükəsizlik müşavirləri ilə birgə iş mexanizmlərini müzakirə ediblər.

Zelenski Ukraynanın ABŞ və Avropa ilə əməkdaşlığa hazır olduğunu bildirib və prosesin ən effektiv, real şəkildə aparılması üçün qarşı tərəflə daimi əlaqəni vacib saydığını vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR