Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-ın əvvəlki razılaşmalar çərçivəsində Kiyevə ayırmalı olduğu 16 milyard dollar məbləğində yardımı dayandırdığını bildirib.
APA xəbər verir ki, Zelenski bu barədə “TSN” telekanalına müsahibəsi zamanı danışıb.
O bildirib ki, Ukrayna əvvəlki razılaşmalar və qərarlar əsasında nəzərdə tutulan vəsaitin alınması üçün mübarizə aparmalıdır.
Prezident ABŞ-ın göstərdiyi dəstəyə görə minnətdar olduqlarını, lakin ayrılması dayandırılan vəsaitin əldə olunması istiqamətində Vaşinqtonla danışıqları davam etdirəcəklərini vurğulayıb.
Zelenskinin sözlərinə görə, ABŞ-da siyasi qüvvələrin yenidən bölüşdürülməsi fonunda Vaşinqtonla dialoqu düzgün qurmaq və həm demokratların, həm də respublikaçıların dəstəyini qorumaq vacibdir.
O, bunun Ukraynanın əlavə yardım əldə etmək imkanlarını artıra biləcəyini bildirib.