Bank Of Baku

Zelenski ABŞ və Britaniyanın iştirakı ilə təhlükəsizlik üzrə müşavirlərin görüşünü planlaşdırır

Ukrayna Prezidenti Volodimir Zelenski

© APA | Ukrayna Prezidenti Volodimir Zelenski

# 03 may 2025 22:45 (UTC +04:00)

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ, Böyük Britaniya, Fransa və Almaniyanın iştirakı ilə milli təhlükəsizlik üzrə müşavirlərin yeni görüşünü təşkil etməyə hazırlaşır.

APA xəbər verir ki, bu barədə Ukraynanın “Obşestvennoye” nəşri məlumat yayıb.

“Zelenski bildirib ki, ABŞ, Böyük Britaniya, Fransa və Almaniya nümayəndələrinin iştirakı ilə milli təhlükəsizlik məsələlərinə dair yeni görüş planlaşdırılır. Lakin hələlik dəqiq tarix müəyyən edilməyib”, – deyə materialda qeyd olunur.

Ukrayna lideri görüşün ölkə ərazisində keçirilməsini istədiyini bildirib. O, həmçinin ABŞ dövlət katibi Marko Rubionun da bu tədbirdə iştirak edə biləcəyini istisna etməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR