Bank Of Baku

Zelenski: Nəhayət ki, Rusiyadan siqnallar eşidirik, artıq Ukraynanın Aİ-yə üzvlüyünü qəbul edirlər

Ukrayna Prezidenti Volodimir Zelensk

© APA | Ukrayna Prezidenti Volodimir Zelensk

# 05 sentyabr 2025 14:52 (UTC +04:00)

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinin Avropa İttifaqına üzv olmaq məqsədinin Ukraynanın “qanuni seçimi” olduğu fikrinə münasibət bildirib.

APA “Unian”a istinadən xəbər verir ki, Zelenski Putinin Ukraynanın Aİ-yə üzvlük məsələsini gec qəbul etdiyini vurğulayıb.

"Nəhayət ki, Rusiyadan siqnallar eşidirik. Onlar artıq Ukraynanın Avropa İttifaqına üzvlüyünü qəbul edirlər. Təəssüf ki, bu reallığı gec qəbul edirlər. Hətta 2013-cü ildən Rusiya belə sadə qənaətə gəlməli idi. Amma indi bunu eşitmək lazımdır”, - Zelenski qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR