Bank Of Baku

Zelenski Odessanın meri, sabiq deputat və daha bir nəfəri vətəndaşlıqdan məhrum edib

Ukrayna Prezidenti Volodimir Zelenski

© APA | Ukrayna Prezidenti Volodimir Zelenski

# 14 oktyabr 2025 17:00 (UTC +04:00)

Ukrayna Prezidenti Volodimir Zelenski bir neçə nəfərin Ukrayna vətəndaşlığından məhrum edilməsi barədə fərman imzalayıb.

APA xəbər verir ki, Zelenski bu barədə özünün “Telegram” kanalında bildirib.

“Bəzi şəxslərin Rusiya vətəndaşlığına malik olduğu təsdiqlənib – onlar barədə müvafiq qərarlar hazırlanıb. Fərmanı imzaladım”, – Zelenski qeyd edib.

“Strana” nəşrinin məlumatına görə, Odessanın meri Qennadiy Truhanovla yanaşı, Ali Radanın keçmiş deputatı Oleq Tsarev və balet artisti Serqey Polunin də vətəndaşlıqdan məhrum ediliblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR