Ukrayna Prezidenti Volodimir Zelenski qışın yaxınlaşması fonunda “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raket çatışmazlığı ilə bağlı narahatlığını ifadə edib.
Bu barədə "Die Welt" məlumat yayıb.
Nəşrin yazdığına görə, Ukraynada qış ərəfəsində vəziyyət o qədər “kövrəkdir” ki, Kiyev bütün səviyyələrdə yardım çağırışları edir. Qəzet bu çağırışları “ümidsizlik əlaməti” kimi qiymətləndirib.
“Zelenskinin yardım tələbləri ümidsizlik əlamətidir. Bütün dünyada zenit raketlərinin kəskin çatışmazlığı hiss olunur. Nə avropalıların, nə də ABŞ-nin kifayət qədər raketi var”, - deyə nəşr yazıb.