Bank Of Baku

Zelenski: Rusiya ilə müharibə onilliklərlə davam edə bilər

Vladimir Zelenski

© APA | Vladimir Zelenski

# 29 aprel 2023 15:23 (UTC +04:00)

Müharibə illərlə, hətta onilliklərlə davam edə bilər.

APA xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Finlandiyanın “Yleisradio Oy” (YLE) radiosuna müsahibəsində deyib.

Zelenski ordunun əks-hücum əməliyyatlarına hazırlığını şərh edərkən vurğulayıb ki, Ukrayna Silahlı Qüvvələrindəki silahların sayı əhəmiyyət kəsb edir:

“Eyni zamanda, işğalçılar ruh yüksəkliyini itirir və geri çəkilmənin nəticələrindən qorxurlar”.

Zelenski müharibədə uğur qazanacaqlarına ümid etməsinə baxmayaraq, müharibənin illərlə, hətta onilliklərlə də davam edə biləcəyi barədə xəbərdarlıq edib:

“Hazırda Ukraynaya digər ölkələrin dəstək verməsi Üçüncü Dünya Müharibəsinin başlama risklərinin artmasından daha ucuz başa gəlir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR