Bank Of Baku

Zelenski: "Təhlükəsizlik zəmanəti NATO qüvvələrinin Ukraynada yerləşdirilməsi demək deyil"

Zelenski: "Təhlükəsizlik zəmanəti NATO qüvvələrinin Ukraynada yerləşdirilməsi demək deyil"
# 08 oktyabr 2022 07:01 (UTC +04:00)

Kiyevin təklif etdiyi təhlükəsizlik zəmanətləri gələcəkdə hər hansı dövlətin mümkün hücumu halında ölkəyə NATO qoşunlarının göndərilməsini nəzərdə tutmur.

APA BBC-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski deyib.

"Bizə təhlükəsizlik zəmanətləri lazımdır. Biz təhlükəsizlik zəmanətləri ilə bağlı analitik sənədlərimizdə nəyi təsvir ediriksə, biz bu gün Qərb tərəfdaşlarından aldığımız yardımı təsvir edirik. İndi əldə etdiyimiz yardımla təhlükəsizlik zəmanətləri arasındakı fərq odur ki, təhlükəsizlik təminatları müvafiq dövlətlərin imzaladığı sənəddir. Onlar fərqli ola bilər. Maliyyə, silahlanma, sanksiyalar, siyasi təhlükəsizlik təminatları”,- deyə Zelenski bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR