Bank Of Baku

Zelenski: Ukrayna 7 qəsəbəni Rusiya ordusundan geri alıb

Zelenski: Ukrayna 7 qəsəbəni Rusiya ordusundan geri alıb
# 18 sentyabr 2025 16:16 (UTC +04:00)

Ukrayna ordusu Dobropolye istiqamətində əks-hücum əməliyyatlarına başlayandan bəri 160 kvadrat kilometrlik ərazi və 7 qəsəbə rus qoşunlarından geri alınıb.

APA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “X” hesabında bildirib.

“Cəngavərlərimiz torpaqlarımızı addım-addım azad edir: əməliyyatın başlamasından bəri 160 kvadrat kilometrlik ərazi və 7 qəsəbə geri alınıb. 170 kvadrat kilometrlik ərazi və 9 qəsəbə işğalçılardan təmizlənib. 100-ə yaxın işğalçı əsir götürülüb və sadəcə son bir neçə həftədə ruslar minlərlə ölü və yaralı verib”, - Zelenski qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR