Bank Of Baku

Zelenski Ukrayna, Almaniya və Türkiyə ilə BMT Təhlükəsizlik Şurasının sammitinin keçirilməsini təklif edib

Volodimir Zelenski

© APA | Volodimir Zelenski

# 19 fevral 2022 19:44 (UTC +04:00)

Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna, Almaniya və Türkiyənin iştirakı ilə BMT Təhlükəsizlik Şurasının iclasının çağırılmasını təklif edib.

APA TASS-a istinadən verdiyi məlumata görə, o bu barədə şənbə günü Münhen Təhlükəsizlik Konfransında deyib.

"Mən yaxın həftələrdə Avropada təhlükəsizlik problemlərinin həlli üçün Ukrayna, Almaniya və Türkiyənin iştirakı ilə BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan dövlətlərin sammitini çağırmağı təklif edirəm", - Zelenski qeyd edib.

Bundan əlavə, Ukrayna Prezidentinin sözlərinə görə, o, BMT Təhlükəsizlik Şurasına Ukrayna üçün yeni, effektiv təhlükəsizlik təminatları hazırlamağı təklif edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR