Bank Of Baku

Zelenski: Ukrayna dronları Rusiyada sərhəddən 1600 km aralıda neft zavodunu və hərbi aerodromu vurub

Ukrayna Prezidenti Volodimir Zelenski

© APA | Ukrayna Prezidenti Volodimir Zelenski

# 21 avqust 2026 13:00 (UTC +04:00)

Ukrayna dronları sərhəddən 1600 kilometr aralıda - Permdə Neft Emalı Zavoduna zərbə endirib.

APA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram”da bildirib.

O, Volqoqrad vilayətində “Marinovka” hərbi aerodromuna da zərbə endirildiyini qeyd edib.

Zelenski Qara dəniz akvatoriyasında nəticələrin olduğunu vurğulayıb, lakin detalları açıqlamayıb.

“İlkin zərbələrin təsdiqlənmiş nəticələri də var: “Axtubinsk” aerodromunda Rusiyanın Su-34 təyyarəsi zədələnib. Məsafə cəbhə xəttindən təxminən 600 km-dir. Primorsko-Axtarskda, demək olar ki, 180 kilometr məsafədə, rusların xalqımızı vurduğu zərbə dronlarının saxlanması, hazırlanması və işə salınması yeri vurulub”, - o əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR