Bank Of Baku

Zelenski Ukraynanı NATO-ya qəbul etməmə qərarını böyük səhv adlandırıb

Ukrayna Prezidenti Vladimir Zelenski

© APA | Ukrayna Prezidenti Vladimir Zelenski

# 23 aprel 2022 23:49 (UTC +04:00)

Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, ölkəsini NATO-ya qəbul etməmək Qərbin böyük səhvi olub.

APA xəbər verir ki, o bu barədə Kiyevdə metro stansiyasında mətbuat konfransı zamanı bildirib.

“İnanıram ki, Ukraynanı NATO-ya qəbul etməmək böyük səhv idi. Aydındır ki, bu Alyansı gücləndirə və Rusiyanın müharibəyə başlamayacağına zəmanət verə bilərdi. Bu strateji səhv sayılır”,- deyə Zelenski bildirib.

Ukraynalı liderin sözlərinə görə, müharibə başlayanda ölkəsinin üç gündən çox tab gətirə bilməyəcəyi ilə bağlı fikirlər səsləndirilib:

“Bəzi böyük dövlətlər sanksiyalar tətbiq etmək istəmirdilər və deyirdilər ki, üç gündən sonra işğal olunacaqsa, niyə tətbiq edək. Bu, səhvdir. Biz öz birliyimizlə Rusiyanın bizə göstərdiyi gücə münasibəti dəyişə bildik”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR