Bank Of Baku

Zelenski və Conson Rusiya ilə bağlı birgə hərəkətləri müzakirə edib

Boris Conson və Volodimir Zelenski

© APA | Boris Conson və Volodimir Zelenski

# 19 fevral 2022 16:31 (UTC +04:00)

Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyanın Baş naziri Boris Consonla görüşdüyünü, görüşdə tərəflərin "Rusiya Federasiyasının təcavüzkar hərəkətləri fonunda" təhlükəsizlik və birgə hərəkətlər məsələsini müzakirə etdiyini bildirib.

APA xəbər verir ki, o, bu barədə "Twitter" səhifəsində yazıb.

"Münhendə Boris Conson ilə görüşdüm. Rusiya Federasiyasının təcavüzkar hərəkətləri fonunda təhlükəsizlik haqqında danışdıq. Biz gələcək ümumi addımlar barədə razılığa gəldik. Diplomatiya yolu ilə gərginliyin azaldılması istiqamətində birliyimizi davam etdiririk. Təhlükəsizlik və sülh naminə verdiyi dəstəyə və əməkdaşlığa görə Böyük Britaniyaya minnətdaram", - Zelenski qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR