Bank Of Baku

Zelenski və Makron arasında telefon danışığı baş tutub

Ukrayna Prezidenti Volodimir Zelenski və Fransa Prezidenti Emmanuel Makron

© APA | Ukrayna Prezidenti Volodimir Zelenski və Fransa Prezidenti Emmanuel Makron

# 23 noyabr 2025 21:07 (UTC +04:00)

Ukrayna Prezidenti Volodimir Zelenski Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı apardığını açıqlayıb.

APA xəbər verir ki, dövlət başçısı bu barədə "Telegram"da yazıb.

Onun sözlərinə görə, Cenevrədə Ukrayna nümayəndə heyəti tərəfdaşlarla danışıqları davam etdirir və bu prosesin praktiki nəticə verməsi, Ukrayna və bütövlükdə Avropanı etibarlı sülhə və təhlükəsizliyə yaxınlaşdırması xüsusi əhəmiyyət daşıyır.

“Mövqelərimizi koordinasiya edirik. Əsas odur ki, dialoq var, diplomatiya aktivləşib. Tərəfdaşların arqumentlərimizi eşidəcəyinə ümid edirik”, -Zelenski vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR