Bank Of Baku

Zelenskiyə ABŞ-dakı danışıqlar barədə məlumat verilib

Zelenskiyə ABŞ-dakı danışıqlar barədə məlumat verilib
# 02 dekabr 2025 14:31 (UTC +04:00)

Ukrayna Prezidenti Volodimir Zelenskiyə ABŞ-dakı danışıqlar barədə məlumat verilib.

APA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Telegramda bildirib.

Zelenksi diqqətə çatdırıb ki, Florida görüşündə danışıqlar Cenevrə sənədinə əsaslanaraq aparılıb və həmin sənəd təkmilləşdirilib.

“Ukrayna bütün diplomatik fəaliyyətə tam ciddi yanaşır – biz həqiqi sülh və təmin olunmuş təhlükəsizliyin əldə olunmasına sadiqik. Elə bu səviyyədə öhdəlik Rusiya tərəfdən də tələb olunmalıdır və bu vəzifə yalnız tərəfdaşlarımızla birgə həyata keçirilə bilər. Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi ABŞ-la davamlı əlaqədə olacaq və gələcək görüşlərin cədvəlini müəyyən edəcək”, - Zelenski bildirib.

Ukrayna Prezidentinin sözlərinə görə, onlar bütün tərəfdaşlarla fəal işləyirlər ki, Avropa ölkələri və “İstəklilər Koalisiyası”nın digər iştirakçıları qərarların hazırlanmasına səmərəli şəkildə cəlb olunsunlar.

“Mən komandanı Parisdə baş tutmuş Avropa liderləri və Stiv Uitkoffla görüşlər barədə məlumatlandırmışam. Qeyd edirik ki, ruslar artıq ABŞ tərəfi ilə gələcək görüşlərinə hazırlıq çərçivəsində yeni dezinformasiya kampaniyalarına başlayıblar”, - Zelenski vurğulayıb.

Zelenski Prezident Trampın komandası və Avropa tərəfdaşları ilə mümkün qədər konstruktiv işi davam etdirmək barədə göstəriş verdiyini və Ukrayna kəşfiyyatının tərəfdaşlara Rusiyanın əsl niyyətləri və diplomatik işi sanksiyaları zəiflətmək və Avropanın vacib kollektiv qərarlarını bloklamaq üçün örtük kimi istifadə etmə cəhdləri barədə mövcud bütün məlumatları təqdim edəcəyini deyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR