Çingiz Qənizadə: “Müharibə cinayətlərinə görə Ermənistanın rəhbərliyi gec-tez cavab verəcək”

Çingiz Qənizadə: “Müharibə cinayətlərinə görə Ermənistanın rəhbərliyi gec-tez cavab verəcək”
# 04 noyabr 2020 15:25 (UTC +04:00)

“Bir çox hallarda “Human Rights Watch” və “Amnesty İnternational” kimi təşkilatların hazırladığı hesabatlar BMT-nin sənədlərində əsas kimi götürülür. Onların burada hazırladığı hesabatlar bu baxımdan vacibdir”.

APA-nın məlumatına görə, bunu bu gün keçirilən brifinqdə Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə deyib. Onun sözlərinə görə, dünyada beynəlxalq cinayət məhkəməsi deyilən məhkəmə var: “İlk dəfə İkinci Dünya Müharibəsindən sonra bu məhkəmədə işə baxılıb. Bu gün Ermənistan hərbi siyasi rejiminin göstərişi ilə Dağlıq Qarabağda olan Ermənistan və qondarma rejimin hərbçilər tərəfindən insanlıq əleyhinə cinayət törədilir. Onlar həm müharibə, həm də insanlıq əleyhinə cinayətlərin törədilməsi ilə bağlı məsuliyyətə cəlb edilməlidir. Müharibə cinayətlərinə görə, Ermənistanın hərbi-siyasi rəhbərliyi gec-tez cavab verəcək”.

Ç.Qənizadə bildirib ki, bu gün BMT-nin TŞ-yə rəhbərlik edən 5 dövlətdən 3-ü ATƏT-in Minsk Qrupunun üzvləridir: “Bu gün ermənilərin bizə qarşı törətdiyi insanlıq əleyhinə cinayətlərin səbəbkarı, günahkarı məhz ATƏT-in Minsk Qrupunun həmsədrləridir. Biz bu gün ermənilərin bizə qarşı törətdiyi cinayətlərə reaksiya verən beynəlxalq təşkilatların, dövlətlərin mövqeyini gələcəkdə istifadə edəcəyik”.

III Sektor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR