Prezidentimizin gənclərə böyük etimadı - RƏY

Səyyarə Gülaliyeva, “Regional İnkişaf” İctimai Birliyinin əməkdaşı

© APA | Səyyarə Gülaliyeva, “Regional İnkişaf” İctimai Birliyinin əməkdaşı

# 05 fevral 2022 21:24 (UTC +04:00)

2 fevral 2022-ci il tarixi - Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr edilmiş Forum mənim xatirimdə əlamətdar bir gün kimi qalacaq. Cənab Prezident İlham Əliyev tərəfindən Gənclər üçün Prezident mükafatına layiq görülmək çox qürurverici hadisədir. Cənab Prezidentə göstərdiyi bu yüksək etimada görə təşəkkür edirəm. Bu mükafatı dövlət başçısının şəxsən təqdim etməsi isə mənə daha böyük sevinc hissi yaşatdı.

Düşünürəm ki, mükafatla təltif edilən hər bir gənc, onu daşımağın məsuliyyətini də hiss etməli, öz işində, fəaliyyətində daim ölkə başçısının etimadını doğrultmalıdır.

Hər bir sağlam düşüncəli, vətənpərvər Azərbaycan gənci kimi mən də öz bilik və bacarıqlarımı hər zaman ölkəmizin inkişafı üçün sərf etməyi düşünmüşəm. Bu mükafatı aldıqdan sonra isə məsuliyyətim və həvəsim daha da artdı. Gənclərin işinə verilən dəyər mənim üçün çox böyük stimul mənbəyidir. Təbii ki, gələcək fəaliyyətimdə bu etimadı doğrultmağa çalışacağam.

Cənab Prezidentin biz gənclərə tövsiyələri, onun Azərbaycan gəncindən gözləntiləri hər birimizin gələcək fəaliyyətində rəhbər tutacağımız məsləhətlərdir. Azərbaycan gənci dünyanın harasında olur olsun, daim Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün çalışmalı, milli mənəvi dəyərlərimizi, ölkəmizi, ana dilimizi xarici təsirlərdən qorumalı, nəsillərarası əlaqəni saxlamalıdır. Bu gün cəmiyyətimizin böyük hissəsini təşkil edən gənclər bütün fəaliyyət sahələrində önəmli rol oynayır, təşəbbüslər irəli sürür, ölkə əhəmiyyətli layihələrin icrasına öz töhfələrini verirlər. Buna görə də ölkə başçımız bizə inanır. Bu, böyük xoşbəxtlikdir ki, biz müstəqil Azərbaycanın, qalib xalqın gəncləriyik. Bu imkanları bizə yaratdığına görə gənclər adından Cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya minnətdaram.

Səyyarə Gülaliyeva

“Regional İnkişaf” İctimai Birliyinin əməkdaşı,

2022-ci il Gənclər üçün Prezident mükafatçısı

III Sektor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR