“Müsəlman qardaşları”nın liderlərindən biri həbsxanada vəfat edib

“Müsəlman qardaşları”nın liderlərindən biri həbsxanada vəfat edib
# 13 avqust 2020 16:55 (UTC +04:00)

“Müsəlman qardaşları” hərəkatının liderlərindən olan Essam al-Erian Misirdə həbsxanada vəfat edib.

APA-nın “France Presse” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə onun vəkili bildirib.

Vəkil qeyd edib ki, Essam al-Erianın ölümü ilə bağlı onun ailəsinə məlumat verilib.

Misir mətbuatı Essam al-Erianın ürək tutmasından vəfat etdiyini yazıb.

Qeyd edək ki, 66 yaşlı Essam al-Erian 2013-cü sabiq Prezident Məhəmməd Mursinin devrilməsindən sonra həbs olunub. O, “Müsəlman qardaşları”nın siyasi qanadının (indiki Azadlıq və Ədalət Partiyası) vitse-prezidenti idi.

Essam al-Eriana zorakılıq, qətl və casusluq ittihamları irəli sürülüb və həbs edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR