Nigeriyada 300-dən çox məktəblini “Boko Haram” girov götürüb

Nigeriyada 300-dən çox məktəblini “Boko Haram” girov götürüb
  • Clock-gray 11:08
  • calendar-gray 15 Dekabr 2020

Nigeriyada 300-dən çox məktəblini “Boko Haram” terror təşkilatı girov götürüb.

APA-nın “France Press” agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə ilə bağlı məsuliyyəti “Boko Haram” öz üzərinə götürüb.

“Katsinadakı qaçırma əməliyyatının arxasında mənim qardaşlarım dayanır”, - deyə terrorçuların lideri Abubakar Şekauyamın yaydığı səsli mesajda bildirilib.

Qeyd edək ki, dekabrın 11-də Nigeriyanın şimal-qərbində yerləşən Kankara regionundakı məktəbə hücum edən silahlılarla hökumətin təhlükəsizlik qüvvələri arasında atışmadan sonra 300-dən çox məktəbli yoxa çıxıb. 

Xatırladaq ki, “Boko Haram” terror qruplaşması 2014-cü ildə Çibok regionunda da məktəbə hücum edərək yüzlərlə məktəblini girov götürüb.

Zümrüd Paşkin

Digər xəbərlər