Tunisin bəzi bölgələrində iğtişaşlarla mübarizə üçün ordu yerləşdirilib

Tunisin bəzi bölgələrində iğtişaşlarla mübarizə üçün ordu yerləşdirilib
  • Clock-gray 04:22
  • calendar-gray 18 Yanvar 2021

Tunis rəhbərliyi dövlət qurumlarını qorumaq və iğtişaşlarla mübarizə aparmaq üçün ölkənin bir neçə əyalətində milli ordu bölmələrini yerləşdirib.

APA TASS-a istinadən xəbər verir ki, bunu ölkənin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Məhəmməd Zekri “Mosaique fm” radiostansiyasına verdiyi müsahibəsində bildirib.

“Hazırda ordu bölmələri Silyana, Kasserin, Bizerta və Sus əyalətlərində asayişi təmin edir”, - nazirlik rəsmisi belə deyib.

Tunisin bəzi əyalətlərində bazar günü saat 16:00-da komendant saatı tətbiq olunduqdan sonra kütləvi iğtişaşlar yenidən başlayıb. Tunisdə itaətsizlik aksiyaları hər gün daha da geniş yayılır və coğrafiyası sürətlə genişlənir. İğtişaş iştirakçıları barrikadalar qurur, təkərlər yandırır, yolları bağlayır, hökumətə qarşı şüarlar səsləndirirlər. Eyni zamanda, yaşı 25-i keçməyən gənclər mağaza vitrinlərini, avtomobillərin şüşələrini sındırır, dövlət qurumlarını və maliyyə təşkilatlarını qarət edirlər.

Respublikanın müxtəlif bölgələrində şənbə günündən bazar gününə keçən gecə baş verən iğtişaşlarda iştirak etdiyinə görə 242 nəfər hüquq-mühafizə orqanları tərəfindən həbs edilib.

apa-logo-mini

Digər xəbərlər